Yaponiya Tayvana yaxın adada idarə olunan raket yerləşdirəcək

OXUNUB: 188 Özəl DÜNYA
Yaponiya hökuməti Tayvanın 110 kilometrliyində yerləşən Yonaquni adasında yer-hava idarəolunan raket bölmələri yerləşdirəcək. 

7NEWS.az xəbər verir ki, Çinin artan regional nüfuzu və Şimali Koreyanın hədələyici raket fəaliyyətləri əsasında Yaponiya milli müdafiəsini gücləndirməyə hazırlaşır. Yaponiya Müdafiə Nazirliyinin sözçüsü Aoki Takeşi bildirib ki, ölkəsi materikdən uzaqda yerləşən adaları müdafiə etmək üçün hərbi potensialını gücləndirəcək. Aoki, yer-hava idarəolunan raket bölmələrinin Tayvanın 110 kilometrliyindəki Yonaquni adasında yerləşdiriləcəyini açıqladı. 

Milli mətbuatda Çinin Tayvan boğazında artan təsirinə görə Yaponiyanın adada raket bölmələri yerləşdirməyə üstünlük verdiyi diqqətə çatdırılıb. 

Yaponiya materikin ən cənub-qərb inzibati bölgəsi kimi tanınan Yonaquni "Nansey adaları" kimi tanınan arxipelaqın qərbində yerləşir. 

7NEWS.az

RƏYLƏR