Yaponiya enerji təhlükəsizliyini təmin etmək və LNG təchizatı variantlarını daha da şaxələndirmək yolunda, ABŞ və Omandan yeni uzunmüddətli müqavilələr imzaladı.
7NEWS.az xəbər verir ki, Afrikanın ən böyük qaz şirkəti olan INPEX Corporation, ABŞ-ın təchizatçısı Venture Global LNG ilə 20 il müddətinə ildə bir milyon ton (1MTPA) mayeləşdirilmiş təbii qaz almaq üçün uzunmüddətli Satış və Alqı-Satqı Müqaviləsi imzaladığını açıqladı.
Müqaviləyə əsasən, INPEX Energy Trading Singapore Pte. Ltd. (IETS) Venture Global-ın 2023-cü ildə tikintisinə başlaması gözlənilən üçüncü layihəsi olan CP2 LNG-dən 1 MTPA LNG alacaq.
Yaponiyanın ictimai yayımı NHK çərşənbə axşamı bildirib ki, həmçinin, Mitsui & Co, Itochu Corporation və ən böyük enerji istehsalçısı Jera da daxil olmaqla yapon şirkətləri 2025-ci ildən 10 il ərzində Omanla ildə təxminən 2 milyon ton məhsul almağa çalışırlar.
7NEWS.az