Yaponiyada G7 Liderlər Zirvəsi başlayıb

OXUNUB: 198 Özəl DÜNYA
Yaponiyanın müddətli prezidentliyi dövründə Xirosima şəhərində keçirilən G7 Liderlər Zirvəsi liderlərin 1945-ci ildə atom bombası faciəsi ilə bağlı eksponatların sərgiləndiyi Sülh Xatirə Muzeyini ziyarəti ilə başlayıb.

7NEWS.az xəbər verir ki, Yaponiyanın müddətli sədrliyi ilə Xirosima şəhərində keçirilən 3 günlük G7 Liderlər Zirvəsi bu gün rəsmən öz işinə başlayıb. ABŞ prezidenti Co Bayden, Böyük Britaniyanın baş naziri Rişi Sunak, Kanadanın baş naziri Castin Trüdo, İtaliyanın baş naziri Giorgia Meloni, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz, həmçinin Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel və Aİ Komissiyasının sədri Ursula von der Leyen Yaponiyanın Baş naziri Fumio Kişidanın qatıldığı sammitin ilk günündə G7 liderləri ilə birlikdə 1945-ci il atom bombası faciəsi ilə bağlı eksponatların sərgiləndiyi Xirosima Sülh Memorial Muzeyini gəzdi.

7NEWS.az

RƏYLƏR