Yaponiyada güclü qar yağışı: 17 ÖLÜ, 90 YARALI VAR

OXUNUB: 415 Özəl DÜNYA
Yaponiyada 10 gündür davam edən güclü qar nəticəsində 17 nəfər həyatını itirib, 90-dan çox insan yaralanıb. Ölkədə 10 mindən çox ev işıqsız qalıb. 

7NEWS.az xəbər verir ki, Yaponiya İctimai Televiziyası NHK-nın məlumatına görə, ölənlər arasında damlarını qardan təmizləyərkən yıxılanlar da var. Avtomobilində dəm qazından zəhərlənən şəxs də şübhəli bilinir. Yaponiya Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, yaralılardan 30-dan çoxunun vəziyyəti ağırdır. 

Bəzi bölgələrdə, xüsusən də şimal Hokkaydoda qarın mövsümi ortalamanı üç dəfə artırdığı açıqlanıb. Fransanın AFP xəbər agentliyinin məlumatına görə, Yaponiyanın şimal-qərbindəki Yamaqata bölgəsindəki Oquni şəhərində son 24 saatda qar 1 metrə çatıb. 

7NEWS.az

RƏYLƏR