Yaponiyada ilan "təhlükəsi": Sahibindən qaçıb

OXUNUB: 313 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Aprelin 15-də Yaponiyanın Okayama əyalətinin Kuraşiki şəhərində ev heyvanı kimi saxladığı 2 metr uzunluğundakı pitonu müvəqqəti olaraq dostunun yanına qoyub geri götürən ilan sahibi saat 22:00 radələrində avtomobili ilə evə qayıdıb. Əvvəlcə çantalarını daşımaq üçün evə gedən şəxs qayıdanda, ilanın maşında olmadığını anlayıb. Öz səyi ilə ərazidə nəhəng pitonu axtaran ilan sahibi heç bir nəticə əldə edə bilməyəndə dünən saat 16.00 radələrində polisə müraciət edib.
7NEWS.az

RƏYLƏR