7NEWS.az xəbər verir ki, Yaponiya Daxili İşlər Nazirliyinin bu gün açıqladığı inflyasiya məlumatlarına görə, noyabr ayında aylıq inflyasiya 1981-ci ildən bəri ilk dəfə olaraq 3,7 faiz təşkil edib. Bu rəqəm Yaponiya Bankının açıqladığı 2 faizlik inflyasiya hədəfini keçib. İnflyasiyanın artması əsasən xammal və ərzaq məhsullarının qiymətlərinin kəskin artması hesabına baş verib.
2021-ci ilin noyabr ayı ilə müqayisədə dəyişkən təzə ərzaq məhsulları istisna olmaqla ərzaq qiymətləri 6,8 faiz artıb. Müvafiq olaraq, qiymət artımı daha çox kahı (36,9 faiz), bitki yağı (35 faiz), alabalıq (26,8 faiz), kartof çipsi (18 faiz), çörək (14,5 faiz) və təzə dəniz məhsullarında (13,6 faiz) müşahidə olunub. Yanacağın qiymətlərində 21 faiz artım olduğu halda, təbii qaz hesabında 28,9 faiz artım əks olunub.
Son 14 ayda Yaponiyanın pul vahidi yeninin rekord dəyərdən düşməsi səbəbindən ciddi inflyasiya böhranı yaşanıb. Keçən ilin oktyabrında yen 1 dollardan 150 yen-ə qədər ABŞ dollarına nisbətdə 1990-cı ildən bəri ən aşağı dəyər rekordunu qırdı.
7NEWS.az