Yaponiyada ölənlərin sayı 7-yə çatıb

OXUNUB: 140 Özəl DÜNYA
Yaponiyanın Toyama, İşikava, Fukui və Gifu əyalətlərini təsir edən şiddətli yağışlarda ölənlərin sayı 7-yə yüksələrkən, 123 min insan təxliyəyə çağırılıb. Yağışlar Yaponiyanın cənub-qərbində "indiyə qədər görülən ən güclü yağış" kimi şərh edilib.

7NEWS.az xəbər verir ki, Yaponiyanın Toyama, İşikava, Fukui və Gifu əyalətləri dünən axşam saatlarından etibarən güclü yağışlara təslim olub. Güclü yağışların səbəb olduğu daşqın və sürüşmələrdə ölənlərin sayı 7-yə yüksələrkən, bir çox yaşayış məntəqələri, yollar və əkinçilik sahələri su altında qalıb.
Toyama əyalətinin mərkəzi olan Toyama şəhərində 102 min, Fukui əyalətinin Katsuyama şəhərində 21 min insan təxliyə üçün çağırıldığı halda, Toyamada Oyabe çayı üçün daşqın xəbərdarlığı edilib.

7NEWS.az

RƏYLƏR