Yaponiyada yük gəmisi batıb, itkin düşənlər var

OXUNUB: 766 DÜNYA

Yaponiyanın Naqasaki prefekturası yaxınlığında yük gəmisi qəzaya uğrayıb, 5 nəfər itkin düşüb.

 

"Aoi Maru” adlı barja Küsü və Xirado adalarını birləşdirən ərazidə batıb.

 

Ekipaj üzvlərindən birini yaxınlıqda üzən gəmi xilas edib. O bildirib ki, gəminin göyərtəsində daha 5 nəfər olub. Onların taleyi hələ ki, məlum deyil.

 

Qəzanın səbəbləri araşdırılır. /apa

 

 

 

İcmal.Az

RƏYLƏR