Yaponiyanın adalarının sayı iki dəfədən çox artıb

OXUNUB: 295 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yaponiyada 1987-ci ildən bəri 6 min 852 olaraq bilinən adaların sayı 14 min 125-ə yüksəldi. Ölkənin milli torpaq xəritəsi və ölçmə agentliyi olan Yaponiya Məkan İnformasiya Agentliyi (GSI), 36 il əvvəl Yaponiya Sahil Mühafizə Qüvvələri tərəfindən sayılan ölkə sərhədləri daxilindəki adaları ən son texnoloji imkanlardan istifadə edərək yenidən araşdırıb. Araşdırmada ölkədə cəmi 14 min 125 ada olduğu müəyyən edilib. 

7NEWS.az

RƏYLƏR