7NEWS.az xəbər verir ki, Çin və Yaponiya ticarət tərəfdaşları olsalar da, hərbi və siyasi məsələlərdə rəqibdirlər və son illərdə onlar arasında gərginlik artmaqdadır. Kiyevə gələn Kişida bununla da G7-nin ən zəngin ölkələri qrupundan müharibə paytaxtı Kiyevə səfər edən sonuncu lider olub. Yaponiya lideri Ukraynaya yola düşməzdən əvvəl Çinin rəqibi Hindistana gedib və baş nazir Narendra Modi ilə görüşüb, Tokioya qayıtmaq əvəzinə oradan Polşaya uçub və qatarla Kiyevə gedib
Yaponiya konstitusiyasındakı məhdudlaşdırıcı müddəalara görə Ukraynaya hücum silahları göndərməyib. Kiyev hökuməti Yaponiyaya "tarixi" səfərə görə təşəkkür edib.
7NEWS.az