7NEWS.az xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno keçirdiyi mətbuat konfransında Ukrayna administrasiyasının Yaponiyanın baş naziri Fumio Kişidanı ölkəyə dəvət etdiyini açıqlayıb. Matsuno bildirib ki, Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak səfirlik vasitəsilə dəvət göndərib. G7 ölkələrinə işarə edən Matsuno, "Yaponiya Ukrayna xalqının tərəfindədir və bu il G7-nin prezidenti kimi müvafiq addımlar atır” dedi.
7NEWS.az