Yaponiyanın XİN rəhbəri Suriyaya dair beynəlxalq konfransda iştirak edəcək

OXUNUB: 553 DÜNYA

Yaponiyanın xarici işlər naziri Taro Kono Suriya münaqişəsinin nizamlanmasına dair beynəlxalq konfransda iştirak edəcək.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Beynəlxalq tədbirin aprelin 25-də, Brüsseldə keçiriləcəyi bildirilir.

XİN-dən bildirilib ki, nazir Kono Brüsselə səfər edərək, Suriya konfliktinin nizamlanması məsələsi üzrə konfransda Yaponiyanın münaqişənin həlli ilə bağlı səyləri barədə danışacaq.

O, həmçinin həmkarları ilə fikir mübadiləsi aparacaq.  /report

 

İcmal.Az

RƏYLƏR