Yaralıları daşıyan təcili yardım maşını piyadanı vurdu - VİDEO

OXUNUB: 728 DÜNYA

Rusiyanın Saratov şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası və onun nəticəsində 1 nəfərin həlak olması, 4 nəfərin yaralanması barədə xəbər vermişdik.

İcmal.Az virtualaz.org-a istinadən xəbər verir ki, yaralıları qəza yerindən Saratovdakı xəstəxanalara daşıyan təcili yardım maşınlarından biri qəzaya düşüb.

Təqdim etdiyimiz kadrlardan göründüyü kimi, yol ayrıcında minik maşını ilə toqquşan təcili yardım avtomobili yol kənarında dayanmış qadını vurub və dirəyə çırpılıb. Yaralanmış qadın da xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, təcili yardım maşınında yaralı olmayıb. Avtomobil ehtiyat maşını kimi qəza yerinə yollanıbmış.

 

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yaralıları daşıyan təcili yardım maşını piyadanı vurdu

RƏYLƏR