Yardımlı RTŞ müdürinin diplomsuz vəzifə tutan “kadr”ı KİMDİR? – NAZİRİN NƏZƏRİNƏ

OXUNUB: 189 Özəl GÜNDƏM HADİSƏ
Yardımlı təhsilində növbəti korrupsiya və bürokratiyanın höküm sürməsi ilə bağlı ilginc məlumatlar iddia olunub.

Manaf (Balaşov) Səmədzadənin çeşidli "kadr”ları açıq şəkildə rayon təhsilinin anasını ağlar qoyub.

Daxil olan məlumatda bildirilir ki, Yardımlı rayon Zəngələ kənd iptidai məktəbdə müəllim, həm də müdür işləyən Ağayev Əlcan Şabi oglu ali təhsil almadan 11 ildir ki, rəhbər vəzifə tutur. Deyilir ki, Ə.Ağayev illər öncə Azərbaycan Dövlət Pedaqoji unveristetin 4 cü kursundan rəsmən qovulub. Və, bu vəziyyət rəsmi səndlərdə də təstiqini tapıb. Amma, buna baxmayaraq "qəhraman” ımız sovet dönəmində qiyabi oxuduğu univerisitetən aldığı 4 cü kurs qiyabi arayışı ilə bu günə qədər Manaf (Balaşov) Səmədzadənin "sehirli əlləri” sayəsində vəzifə tutaraq, bilərəkdən dövlət büdcəsinə 100 min manatlarla ziyan vurmaqdadır.

Arayış üçün qeyd edək ki, sovetlər dönəmində qiyabi təhsil alan hər kəs, ixtisasi üzrə işləmək icazəsi olurdu, amma sonradan Azərbaycan Respublikasının Qanunlarına dəyişiklərər edildiyindən diplomu müdafiə etməyən şəxslər ali təhsilli sayilmayıb. Və , belə şəxslər ixtisası üzrə nə müəllim isləyə bilər nədə ki, rəhbər vəzifələr tuta bilər. Xülasə, diplom almayan şəxs ali təhsilli sayılmır. Həm də ölkə qanunlarını rəhbər tutaraq deyə bilərik ki, ali təhsil alan hər kəs, univerisiteti bitirib, diplom aldıqdan sonra işləmək və vəzifə tutmaq üçün Təhsil nazirliyində imtahan verilməlidir. Lakin, bizim Ağayev bunların hamısından rəsmən məhrum edilib. Manaf Səmədzadəni həm Təhsil naziri, həm də ki, "elimlər doktoru” bilən Ağayev görünür həm müəllim həmdə ki, müdir işləmək üçün bunları lüzüm bilməyib. Bu səbəbdən də həm pandamiya dövründə həmdə ki, illərlə Ə.Ağayevin rəhbəri olduğu məktəbin qapısı qlıfıllı qalıb. Dərd orasıdır ki, on illərdir, bağlı qalan məktəbə dövlət maaş ödəyir, invertarlar verir, yanacaq pulu ayırır və bir neçə dəfə adı var özü yox məktəbin binasında təmir aparıb.Və, Yardımlı rayonunda tam orta məktəb olaraq da onlarla adı var özü yox belə təhsil ocaqları çox saydadır.

Hörmətli cənablar indi sizlər deyin M.Səmədzadə və Ə.Ağayev dövlət büdcəsinə tək bir məktəbdən nəqədər ziyan vurub!? Görəsən bütün bunlardan Təhsil nazirinin, Baş Prokurorun, DTX-nin xəbəri varmı?

Bildirək ki, iddiadan doğan faktları araşdırmaq ücün RTŞ-nın müdiri Manaf Səmədzadə ilə əməkdaşımız əlaqə saxlayıb. Təhsil müdüri iddiları yalanlayıb, inkar etsədə sonradan Ə.Ağayevin diplomunun olmadığını və 1996 cı ildən arayışla işə götürüldüyünü deyib.

Deyilənlərə görə, həmişə savadlı kadrlarla işləməyi özünə təhqir hesab edən Manaf Səmədzadə daha sonra bildirib ki, Ə.Ağayevin diplomunun olmaması nəisə dəyişmir. Onun vaxtilə aldığı arayışla işləməsi qanunidir və mümkündür. "Çünki, Ə.Ağayev ali orta təhsilli sayılır…” Hörmətli oxucular M.Səmədzadənin gülünc və gülməli cavabı sizcə özünün saxta elmi ad almasına bənzəmirmi…!?

Yardımlı təhsili ilə bağlı araşdırmalarımız davam edir.//turazinfo

RƏYLƏR