Yarıçılpaq vəziyyətdə özünü 8-ci mərtəbədən atan qadını əri tuta bilmədi - VİDEO (+18)

OXUNUB: 919 DÜNYA

İstanbulun Beylikdüzü qəsəbəsində yarıçılpaq şəkildə 8-ci mərtəbənin pəncərəsindən atılaraq intihara cəhd edən qadını əri tutaraq yuxarıya çəkməyə çalışıb. Ancaq qadın on metrlərlə yüksəklikdən düşərək yerə çırpılıb. 

Hadisə dünən axşam saat 5 radələrində baş verib. İddiaya görə, 38 yaşlı Ayşegül Güngör hələ bilinməyən bir səbəblə özünü yaşadığı binanın 8-ci mərtəbəsindən ataraq intihar etmək istəyib. O, məqamda qadının əri Ayhan Güngör həyat yoldaşını pəncərədə tutaraq yuxarıya çəkməyə çalışıb. Əri Ayşegül Güngörü daha çox saxlaya bilməyincə qadın on metrlərlə yüksəklikdən düşərək yerə çırpılıb.

Ağır yaralanan qadın edilən ilk müdaxilənin ardından təcili yardımla özəl bir xəstəxanaya çatdırılıb. Ağır yaralanan qadının müalicəsi davam edir.

Polis hadisəylə əlaqədar araşdırma başlatdı.

Həmin dəhşətli anlar bir vətəndaşın mobil telefonu ilə anbaan görüntülənib:/milli

 
 


İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yarıçılpaq vəziyyətdə özünü 8-ci mərtəbədən atan qadını əri tuta bilmədi

RƏYLƏR