Yasamalda döyülən sürücü qəza törədi – FOTO

OXUNUB: 1256 HADİSƏ

Bakıda sükan arxasında döyülən sürücü qəza törədib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Nurlan Həsənli idarə etdiyi 99-FD-939 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobillə Akim Abbasov küçəsindən sağa - Şəfayət Mehdiyev küçəsinə dönən zaman avtomobildə tanışı olan bir qadın və bir kişi ilə mübahisə edib. 

Mübahisə zamanı sürücü N.Həsənli döyülüb. Bu zaman N. Həsənli idarəetməni itirərək yol kənarında motosikletləri təmir edən 1992-ci il təvəllüdlü Hüseynov Röyal Rəcəb oğlunu vurub. 

Daha sonra idarəetmədən çıxan avtomobil arxasında dayanan 1988-ci il təvəllüdlü Cəmiyev Elçin Yaşar oğlunu əzib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, E.Cəmiyev koma vəziyyətindədir.

Avtomobildə olan N.Həsənliyə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Əraziyə cəlb edilən Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü və sərnişinləri saxlayıb. Araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR