"YAŞAT" Fondu növbəti “Hədiyyə Karvanı” layihəsini reallaşdırır

OXUNUB: 524 Özəl SOSİAL
 "YAŞAT” Fondunun təşkilatçılığı, "Nar”ın dəstəyi ilə  1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Hədiyyə Karvanı" layihəsi həyata keçirilir.

4-cü ildir reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutusu çatdırılır.
Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dən çox uşağı əhatə edəcək.

Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır. 

Vətən əsgərinə, şəhid övladları isə xalqa əmanətdirlər!

Layihənin logistika dəstəkçisi Abşeron Logistika Mərkəzidir.
 


 

RƏYLƏR