“YAŞAT” Fondu tərəfindən şəhidimizin anası müalicə məqsədilə Türkiyəyə göndərilib

OXUNUB: 1046 Özəl SOSİAL
"YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin və şəhid ailəsi üzvlərinin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
 
Şəhidimiz Bağırlı Mirsədi Mircəfər oğlunun anası Səadət Bağırova müalicə məqsədilə Türkiyəyə göndərilib. Fond göndərilən şəxslərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır.

Xatırladaq ki, bu günə qədər Fond tərəfindən 182-i ağır yaralı, 9-u şəhid ailəsi üzvü olmaqla, ümumilikdə 191 şəxsin müalicə məqsədilə Türkiyə Respublikasına göndərilməsi təmin edilib. Onlardan 186-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Həmin şəxslərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.

"YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytımızın "Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
Həmçinin Fondun 8110 "Çağrı” Mərkəzi fəaliyyət göstərir.

RƏYLƏR