"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) əsas tədris korpusunda divara çox maraqlı mural çəkildi.

OXUNUB: 695 Özəl SOSİAL
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) əsas tədris korpusunda divara çox maraqlı mural çəkildi.
Muralın mənası alternativ enerji mənbələrindən istifadənin artırılmasına, tullantıların düzgün çeşidlənməsinə və təkrar emalının həyata keçirilməsinə, enerjiyə və suya qənaət edilməsinə, yaşıllığın qorunmasına və artırılmasına, "yaşıl təfəkkür”ün inkişafına çağırış kimi izah olunur.

Rektor Şahin Bayramov spsial media hesabında "Yaşıl universitet” konseptinin reallaşdırılması prosesinə töhfə verəcək muralın müəllifi olan MDU-nun gənc və istedadlı müəlliməsi Səadət Yusibovaya təşəkkür edib.

Yaşıl dünya naminə həmrəy olaq!

Yaşıl dünya qurmağa kampusumuzdan başlayaq!

RƏYLƏR