“Yaylaq” restoranının kababçısı saxlanıldı – Müdirin pulunu xərcləyib...

OXUNUB: 701 HADİSƏ
Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən «Yaylaq» restoranının kababçısı saxlanılıb. 

Kababçı işləyən 1976-cı ildə Quba rayonunda anadan olmuş Faiqin saxlanılmasına səbəb həmin restoranın Samirə adlı sahibinin pul qabısını oğurlaması və üstəlik onun adından nisyə ət götürməsi olub. 

İş materiallarından məlum olur ki, Faiq obyekt sahibinin kabinetindən ona məxsus pul qabını götürərək oranı tərk edib. Həmin pulları lotereyaya xərclədikdən sonra, restoran sahibinin adından 1 239 manat dəyərində nisyə ət götürüb. 

Buna görə də Samirə restoranda işləyən kababçıdan DİN-nin 102 xidmətinə şikayət edib. 

Faiq saxlanıləb və ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. 

Məhkəmənin hökm ilə Faiqə qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. 

RƏYLƏR