Yazıçılar Birliyində 21 mənzil qalmaqalı-Xanım tərcüməçidən sərt etiraz

OXUNUB: 321 SOSİAL
İndi facebook dostlarımdan birinin statusunda oxudum ki, AYB bu gün 21 nəfərə ev bağışlayıb. Çox maraqlıdır, bəs o ev alan dostlar niyə bu xəbəri paylaşmayıblar? Başqa vaxtlar səhər, günorta yedikləri yemək haqda status yazanlar nə əcəb bu şad xəbəri paylaşmayıblar? Cavabını özüm deyirəm, onların o evə haqqı yoxdur, çünki hamısının evi var.


Ev problemim haqda bir neçə dəfə yazmışam. Bu ilin avqust ayında kirayədə qalmağımızın 20 ili tamam oldu.20 ildir ki, iki yetim qız saxlayıram kirayə evlərdə. Mən dövlətdən ev istəmərəm, amma haqqı olmayanlara ev verildiyini görəndə haqqımı tələb edirəm. Bu gün ev alanların kimliyi ilə maraqlandım. Onların hamısının evi var. Şərt evi olub-olmamaq deyil. Dövlətdən ev alanın ədəbiyyatda öz yeri, öz imzası olmalıdır. Ev alanlar içində iki qadının adının eşidəndə şok oldum.

Birinin iki oğlu var, hər iki oğlunun əməlli-başlı evi var. Özü isə AYB üzvü olan minlərlə şairlərdən heç nəylə fərqlənmir. O biri qadının ərinin biznesi var. Bir evlərini də kirayə veriblər. Xanəmirə də ev verildiyini dedilər. Xanəmirin yazdıqlarını heç özü başa düşmür, nəinki oxucular. O ki qaldı onun evi olub –olmamağına, evi olduğuna tam əminəm. Elə isə ev verilərkən hansı meyar əsas götürülür? Yaltaqlıq? Anarı mədh etmək?


İlqar Fəhminin bir katibəsi var. Düzdür, əsas işi katibəlik olsa da o AYB üzvüdür . Ştatda iş yeri katibəlik deyil. Tərcümə mərkəzində işləyir. Bəli, yüzlərlə kitab tərcümə edən Sevilə o xaraba qalmış mərkəzdə iş verməyənlər heç bir dil bilməyən şəxsə tərcümə mərkəzində iş verirlər. O qızın AYB üzvü olduğunu yazdım. Amma nə şeir yazır, nə də nəsr əsəri. Yəqin ki, dost-tanışları türk dilindən tərcümə etdikləri bir neçə hekayəni ona bağışlayıblar, o da olub tərcüməçi. Birillik prezident təqaüdü də alıb. Onun haqda niyə çox yazdım? Hə, o qadın ailəlidir.

Xırdalanda evi də var. Yayda söz-söhbət gəzirdi ki, AYB ev verəcək. Onda həmin qadın boşanmaq üçün əl-haya düşdü. Yalandan boşanmağa nə var ki. Qardaşı Şirvan məhkəməsinin hakimidir, bacısının yalandan boşanıb dövlətdən ev alması üçün əlindən gələni əsirgəməz. O qadının ev alıb-almadığını bilmirəm. Amma ona ev verildiyini dəqiq bilsəm Azərbaycan vətəndaşlığından imtina edəcəm. Yaxşı ilə pisə, savadlı ilə savadsıza fərq qoyulmayan bir ölkənin vətəndaşı olmaq istəmərəm. AYB-də kadrlar şöbəsinin rəhbəri var. Dövlətdən iki dəfə ev alıb. Bu dəfə də dövlət onun gəlininə ev hədiyyə edib heç şübhəsiz.


Problemlərimi açıq-aydın qabartmışam yeri gələndə. Gördüm ki, sözümü başa düşən olmadı. İndi isə statusumu qarğışla bitirəcəm. Evi ola-ola dövlətdən verilən evin orderini qəbul edənləri heç Yeni ilə çıxmasın. Heç övladlarından yarımasınlar.
Evi olanlara ev verənlər! Allah sizə xoş gün göstərməsin! Villanız olsun, o villada qan qusasınız!

P. S. Tərcümə etdiyim kitabların neçəsinin adını unutmuşam, ona görə siyahıda yoxdur. Ay ev alanlar, əgər vicdanınız varsa düz deyin, sizin ədəbiyyatda xidmətiniz çoxdur, yoxsa mənim?

RƏYLƏR