Yelo Bank 5 mükafata layiq görüldü

OXUNUB: 770 Özəl İQTİSADİYYAT BANK
Yelo Bank-ın 2022-ci il ərzində parlaq fəaliyyəti Azərbaycan Banklar Assosiasiyasının (ABA) diqqətindən də yayınmayıb. Bank, ABA-nın təşkilatçılığı ilə keçirilən ənənəvi "Bankçılıq Mükafatları - 2022” tədbirində 5 nominasiya üzrə qalib seçilib: 

Korporativ Sosial Məsuliyyət
Ən fəal təhsil dəstəkçisi
Elektron bankçılıq
Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü
Rəqəmsal ödənişlərdə təhlükəsizliyə dair maarrifləndirmə

Ötən illərdə bir çox layihələr həyata keçirən Yelo Bank gələcəkdə də korporativ sosial məsuliyyət, təhsil, nağdsız ödənişlərin təşviqi və digər istiqamətlərdə təşəbbüskar addımlarını fəal şəkildə davam etdirəcək.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

RƏYLƏR