Yelo Bank-dan daşınmaz əmlak təminatlı komissiyasız kredit

OXUNUB: 1056 Özəl İQTİSADİYYAT BANK
 
Müştərilərin müxtəlif maliyyə ehtiyaclarını daim nəzərə alan Yelo Bank Daşınmaz əmlak təminatlı kredit təklif edir. Bu məhsul böyük planları olan şəxslərə xəyallarını gerçəkləşdirə bilməyi üçün iri məbləğdə pul götürmək fürsəti yaradır. Yelo Bank-dan bu krediti illik cəmi 14%-dən başlayan şərtlərlə əldə edə bilərsiniz.
 
Yelo Bank 100 000 AZN-dək krediti maks. 54 ay müddətinə təklif edir. Üstəlik kredit üçün heç bir komissiya ödənişi tələb olunmur. Krediti Yelo Bank-ın istənilən filialında rəsmiləşdirmək mümkündür. Təminat qismində isə ölkə ərazisində (regionlar üzrə kəndlər istisna) yerləşən dövlət qeydiyyatlı istənilən daşınmaz əmlak: mənzil, fərdi yaşayış evi, bağ evi, ticarət obyekti göstərilə bilər.
 
Yelo Bank-ın daşınmaz əmlak təminatlı krediti ilə maraqlanırsınızsa, o zaman Bankın istənilən filialına Şəxsiyyət Vəsiqəsi, gəlirləri təsdiq edən sənədlər, daşınmaz əmlaka 
aid sənədlərlə yaxınlaşa bilərsiniz. Ətraflı məlumat üçün 981-ə zəng edə bilərsiniz: bit.ly/3UKEFhe

Banka əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

RƏYLƏR