Yelo Bank indi Salyanda!

OXUNUB: 416 GÜNDƏM İQTİSADİYYAT BANK
Xidmət şəbəkəsini genişləndirən Yelo Bank yeni konseptdə daha bir filialını müştərilərin istifadəsinə verib. Salyan şəhərindəki yeni filial Nizami küç., 2E ünvanında yerləşir. 

Müasir standartlara cavab verən Salyan filialı fiziki və hüquqi şəxslərə geniş çeşidli bank xidmətlərini təklif edir. Burada müştərilərin rahatlığı üçün hər bir detal nəzərə alınıb. 

Yeni filialın açılışı ilə bağlı Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov qeyd edib ki, Bankın regional inkişafının hədəfi bank xidmətlərinin əlçatanlığını təmin edilməsinə və bankın müştəri bazasının genişləndirilməsinə yönəlib: "Strategiyamıza uyğun olaraq ölkədəki mikro, kiçik və orta sahibkarları maliyyə resursları və yeni bankçılıq həlləri ilə təmin etməyə çalışırıq. Salyanda da bu istiqamətdə geniş əməkdaşlıq potensialının olduğunu görürük. Yelo Bank-ın bu regiondakı fəaliyyətinin hər kəs üçün faydalı olacağından əminik. 2022-ci il ərzində yerli sahibkarlığın dayanıqlı və uğurlu inkişafı üçün Azərbaycanın digər bölgələrində də xidmət mərkəzlərini istifadəyə verməyi planlaşdırırıq.” 

Qeyd edək ki, rebrendinqdən sonra Yelo Bank mövcud filiallarını fərqli konseptdə təmir etməklə bərabər, bir neçə yeni xidmət nöqtəsini də müştərilərin istifadəsinə verib.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!  
Yelo Bank – Parlaq bankçılıq!
 
7News.Az

 No description available.
No description available.
 No description available.
 

 No description available.

 
No description available.

RƏYLƏR