Yemək bişirmə videoları ilə tanınan "TikTok” ulduzu Brice LeJeune vəfat edib. Qardaşı tərəfindən verilən açıqlamada LeJeune-nin infarktdan öldüyü bildirilib.
7NEWS.az xəbər verir ki, "TikTok"da 'Waffler69' istifadəçi adı ilə tanınan Taylor Brice LeJeune 33 yaşında qəfil infarkt keçirərək vəfat edib. LeJeune yemək birləşmələri videoları ilə məşhurlaşıb. Yemək həvəsi ilə tanınan LeJeune tez-tez ədviyyatlı turşular, fast-food restoranlarının bitki mənşəli burgerləri və s. ilə təcrübə aparan videolar hazırlayırdı.
7NEWS.az