Yeni ilin ilk günü Astarada ev yanıb, 1 nəfər ağır xəsarət alıb

OXUNUB: 526 HADİSƏ

Yeni ilin ilk səhəri Astara rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

57 yaşlı ev sahibi Şəfiyev Rahim Heybət oğlu ağır bədən xəsarətləri alaraq Astara Rayon Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı təcili olaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Yanğının nədən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR