Yeni Klinikada daha bir əməliyyat uğurla icra olunub

OXUNUB: 255 SOSİAL
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Mama-ginekologiya şöbəsində həyata keçirilən riskli doğuş uğurla nəticələnib.

Belə ki, ana ölümünün əsas səbəblərindən olan venoz tromboemboliyadan əziyyət çəkən (VTE) hamilə pasiyent təbii doğuşa alınaraq sağlam şəkildə ana olub.

Riskli hamiləlik keçirən pasiyent aşağı ətraflarında dərin venoz trombozu diqnozu ilə Balakən rayonundan Yeni Klinikaya yönləndirilib. Hamiləliyin nəzarəti və uşağın sağlamlığı nəzərə alınaraq pasiyent süni sancı ilə doğuşa alınıb. Zahılıq dönəmində trombozun müalicəsi zamanı qanaxma riski ilə üz-üzə qalan xəstə Mama-ginekologiya şöbəsinin müdiri Uzm. Dr Vüsalə Əzizova və komandasının uğurlu müalicəsi sayəsində sağlam şəkildə evə yazılıb.

Məlumat üçün bildirək ki, hamiləlik dərin venaların və pulmonar emboliyanın inkişafı üçün bir riskdir. Venoz tromboemboliya təbii doğuşla müqayisədə qeysəriyyə əməliyyatı zamanı daha çox müşahidə olunur.

Xatırladaq ki, Yeni Klinikanın Mama-Ginekologiya şöbəsində icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təbii doğuş və qeysəriyə əməliyyatları icra olunur.

RƏYLƏR