Yeni nazir iki şöbəni qadınlara həvalə etdi

OXUNUB: 590 SOSİAL

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatları davam edir.

İcmal.Az report-a istinadən xəbər verir ki, nazirliyin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icrası Günel Nəsibovaya, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası isə Südabə Cəfərovaya həvalə edilib.

 

Qeyd edək ki, bu günə qədər Daxili nəzarət şöbəsinə Sultan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinə isə Qurbanəli Əsədov rəhbərlik edib.

İcmal.Az

RƏYLƏR