Yeni qanunla türklərə 3 il içində Alman vətəndaşlığı veriləcək

OXUNUB: 242 Özəl DÜNYA
Almaniyada yeni Vətəndaşlıq Qanunu hökumət tərəfindən qəbul edilib və parlamentə gəlir. Ölkədəki bütün türklər Almaniya vətəndaşı ola biləcəklər. Bəs şərtlər nədir?

7NEWS.az xəbər verir ki, Almaniya öz ölkəsində yaşayan və alman pasportu olmayan insanların 14 faizi üçün Vətəndaşlıq Qanununa dəyişiklik edir. Qanun layihəsi hökumət tərəfindən təsdiqləndi və 'ikili vətəndaşlıq və asan vətəndaşlıq' əsası qoyuldu.

Yeni qanun layihəsi ilin sonuna kimi parlamentə gələcək. Sözcü-nün xəbərinə görə, dəqiq təsdiq olunarsa, bu qanunla Almaniyadakı və indiyə qədər Almaniya vətəndaşlığını almayan bütün türklər Türkiyə vətəndaşlığından çıxmadan Almaniya vətəndaşlığını ala biləcəklər.

7NEWS.az

RƏYLƏR