"Yeni yoluxmaların sayı artır" - TƏBİB

OXUNUB: 1760 Səhiyyə

"Son vaxtlar pozitiv dinamikanı itirməyə başlamışıq, yeni yoluxmaların sayı artır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bu, gözlənilən idi: "Biz bilirdik ki, karantin rejimindən çıxmağa başlayanda yoluxmaların sayı artacaq. Bunun səbəbini bilmək üçün küçəyə çıxmaq kifayətdir. Koronavirusdan qorunmağın əsas yolu karantin qaydalarına ciddi əməl etməkdir”.

RƏYLƏR