Yer üçün təhlükəli asteroid aşkarlandı

OXUNUB: 558 DÜNYA

Yerin yaxınlığından yüksək sürətlə nəhəng asteroid keçib. 

İcmal.Az xəbər verir ki, bu barədə "Space.com” məlumat yayıb.

Səma cisminin diametrinin 48-dən 110 metrədək olduğu bildirilir.  

"2018 GE3” adlanan asteroid Yer kürəsindən 192 min km aralıdan keçib. Bu da Ayadək olan məsafənin yarısına bərabərdir.

Qeyd edək ki, astronomlar asteroidin Yerə maksimal yaxın məsafəyə çatmasına 21 saat qalmış aşkarlayıblar. 

İcmal.Az

RƏYLƏR