Yerevan küçələrinə tanklar çıxarıldı - YENİLƏNİB + FOTO

OXUNUB: 524 DÜNYA

Yerevanda polis etiraz aksiyalarının keçirildiyi Baqramyan prospektini bağlayıb.

Parlamentin binasına zirehli texnika, o cümlədən tanklar çıxarılıb.

Ərazi tikanlı məftillə mühasirəyə alınıb.

 

12:06

Etiraz aksiyalarında ictimai asayişin pozulması ilə əlaqədar daha bir neçə şəxs polisə təhvil verilib.

Bu haqda "News.am"-a Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, Yerevanda polis səhər saatlarından etibarən Tumanyan küçəsində 29 nəfər müxalifət tərəfdarlarını təhlükəsizlik orqanlarına təhvil verib.

11:03

Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə görə etiraz aksiyası Yerevanın Fransa Meydanında davam edir.

Polis ictimai asayişi pozan mitinqin dayandırılması barədə çağırış etsə də, etirazçılar buna məhəl qoymayıblar. 

Bu gün səhər saatlarından nümayişçilər yenə mərkəzi küçələrə axışıblar. Qarşıdurma zamanı 30 etirazçı saxlanılıb. Yaranmış bir qarşıdurma nəticəsində 40-dan çox adam yaralanıb./oxu

İcmal.Az

RƏYLƏR