Yerevanda hökumət binası önündə toqquşmalar - VİDEO

OXUNUB: 557 DÜNYA

Ermənistanda hökumət binasının 3-cü korpusu qarşısında etirazçılarla polislər arasında toqquşmalar baş verib. 

Etirazçılar hökumət binasını mühasirəyə almağa və işçilərin binaya girməsinə maneə törətməyə çalışıblar. Polis aksiya iştirakçılarını mühasirəyə almaqla ərazini təmizləmək istəyib. 

Bəzi etirazçılar həbs edildikdən sonra tərəflər arasında toqquşmalar yaşanıb. Toqquşmalara baxmayaraq, təhlükəsizlik işçiləri bəzi fəalları polis məntəqəsinə aparmağa müvəffəq olublar. 

Hadisə yerində İrəvan polis rəisinin müavini Valeri Osipyan da gəlib./oxu

İcmal.Az

RƏYLƏR