"Yığdız "uje" məni boğaza" - Taleh Qaraşov jurnalistə qarşı kobudluq etdi -VİDEO

OXUNUB: 297 HADİSƏ
Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov jurnalistə kobudluq edib.

İcra başçısı "Baku TV"nin əməkdaşı Tural Müseyibovun işdən çıxarılan məmur haqda verdiyi suala əsəbiləşib.

"Ə, qardaş, bilirsən nə var? Get, mətbuatı oxu. Qurtardı, bəsdir, yığdınız "uje" məni boğaza suallarla. Hər dəqiqə zəng edirsiniz, gedib mətbuatı oxuyun".

İcra başçısı bu sözləri dedikdən sonra suala cavab verməyərək dəstəyi asıb.

Həmin görüntüləri təqdim edirik:
 



RƏYLƏR