"Yıxılmışam" deyən şəxsin qohumu tərəfindən bıçaqlandığı məlum olub

OXUNUB: 717 HADİSƏ

Goranboyda yıxılaraq xəsarət alması barədə polisə yalan məlumat verən şəxsin qohumu tərəfindən bıçaqlandığı məlum olub.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Goranboy rayonunun Rus Borisi kəndinin ərazisindən Bakı şəhər sakini Marat Hüseynzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya gətirilib, vəziyyəti orta-ağırdır.

M.Hüseynzadə Xocalı RPŞ-nin əməkdaşlarına verdiyi ilkin izahatında həmin kəndin ərazisində yerləşən qəbristanlıqda anasının məzarını ziyarət etdikdən sonra hasardan tullanarkən dəmir parçasının üstünə düşdüyündən xəsarət aldığını bildirib.

Lakin yaralının şübhəli izahatını və xəsarətlərin əlamətini nəzərə alan Xocalı RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Müəyyən edilib ki, M.Hüseynzadə doğru izahat verməyib, ona bıçaqla xəsarət yetirilib.

Faktla bağlı Azərbaycan Respublikası CM-nin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi qaldırılıb.

Əməliyyat-axtarış tədbirləri, istintaq hərəkətləri nəticəsində hadisənin M.Hüseynzadənin qohumu Rus Borisi kənd sakini Nurəddin Həsənov tərəfindən törədilməsi müəyyən edilib, o, Xocalı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

 

İcmal.Az

RƏYLƏR