Yunanıstanda hökumət dərman təminatında yaranan problemlərlə mübarizə üçün yeni tədbirlər görmək qərarına gəlib.
7NEWS.az xəbər verir ki, Yunanıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, Səhiyyə naziri Thanos Plevris bu gün aptek və əczaçılıq anbarlarının nümayəndələri ilə görüşüb. İclasda sözügedən dərman vasitələrinin ixracının qarşısının alınması məqsədilə əczaçılıq anbarlarının tez-tez yoxlanılması, ixrac qadağasına uyğun gəlməyən və ya ehtiyatda olan dərman anbarlarının bağlanması, əczaçılıq şirkətlərində dərmanların adekvatlığına nəzarət kimi bir sıra tədbirlər görülüb.
Nazir Plevris, keçən həftə etdiyi şərhdə, artan qrip hadisələri səbəbiylə Avropada dərman qıtlığına diqqət çəkdi və 260 dərmanın xaricə satışının qadağan edildiyini ifadə etdi. Plevris, anbarların yığılmasının qarşısını almaq üçün dərman anbarlarının da yoxlanıldığını bildirdi.