Yunanıstan Fransadan bu gəmiləri icarəyə götürəcək

OXUNUB: 571 DÜNYA
Yunanıstanın Hərbi Dəniz Donanması Fransadan lizinq satış şərti ilə FREMM tipli 2 ədəd freqat gəmisi almağı planlaşdırır.
 
BNEWS.az Türkiyə mətbuatına istinadən bildiri ki bu haqda Yunanıstanın "Kathimerini” qəzeti yazıb.
 
Qəzetin yazdığına görə, Yunanıstan iqtisadiyyatı hazırda Beynəlxalq Valyuta Fondunun (BVF) və Avropa İttifaqının (Aİ) ciddi nəzarəti altında olduğundan lizinq satış sisteminə baş vurulub. Fransadan lizinq satış şərti ilə alınacaq FREMM tipli 2 ədəd freqat gəmisi avqust ayında hərbi dəniz donanmanın istifadəsinə veriləcək. Gəmilər tam olaraq ən müasir silahlarla təchiz olunmuş halda Fransadan gətiriləcək. Gəmilərin illik icarə haqqı isə təxminən100 milyon avrodur”.
 
Qeyd edək ki, Yunanıstanın Müdafiə Nazirliyi tez bir zamanda Egey dənizində artan gərginlik səbəbindən freqatların icarəyə götürülməsinə qərar verib.
 
İcmal.Az

RƏYLƏR