Yunanıstanın baş naziri Kiryakos Mitsotakis "Qızıl Şəfəq” kimi irqçi partiyaların parlamentə girməsinin qarşısını almaq üçün qanun hazırladıqlarını açıqlayıb.
7NEWS.az xəbər verir ki, Yunanıstanda irqçi partiyaların parlamentdə olmasının qarşısını almaq üçün qanun hazırlanır. Baş nazir Kiryakos Mitsotakis, terror təşkilatı ölçüsünə çatmış irqçi birləşmələrin siyasi təmsilçilik hüququna malik olmasının qarşısını almaq üçün hüquqi tənzimləmələrə hazırlaşdıqlarını açıqladı.
İrqçi siyasi quruluş Qızıl Şəfəq Partiyası 6 may 2012-ci ildə Yunanıstanda keçirilən milli seçkilərdə 7 faiz səslə 300 yerlik parlamentdə 21 yer qazanıb. 2012-ci il iyunun 17-də keçirilən təkrar seçkilərdə Qızıl Şəfəq Partiyasının deputatlarının sayı cüzi səs itkisi ilə 18-ə düşüb.
7NEWS.az