Arxeoloqlar Yunanıstanın Samikon şəhəri yaxınlığında itirilmiş Poseydon məbədini tapıblar.
7NEWS.az xəbər verir ki, yapılan qalıqlar Avstriya Arxeologiya İnstitutu, İohannes Qutenberq Universiteti, Kiel Universiteti və Elis Antik Əsərləri Departamentinin tədqiqatçıları tərəfindən tədqiq edilir. Qalıqlar təxminən 2000 il əvvəl yunan tarixçisi Strabonun sözügedən məbədin yeri kimi təsvir etdiyi ərazidə tapılıb. Qazıntılar zamanı divarı 80 santimetr, eni 9,40 metr olan böyük tikilinin bünövrəsi üzə çıxarılıb.
7NEWS.az