7NEWS.az xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərində Tempidə sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində bəzi vaqonların relsdən çıxması və ön vaqonların yanması nəticəsində baş verən qəzada son təsbitlərə görə 57 nəfərin öldüyü bildirilib. Xəbərdə 6-sı ağır olmaqla 48 nəfərin müalicəsinin davam etdiyi, 56 nəfərin isə hələ də itkin düşdüyü qeyd edilib. Xəbərdə qəza zamanı baş verən yanğınla əlaqədar axtarış-xilasetmə işləri zamanı dağıntılar altından çıxarılan bəzi cəsədlərin tanınmasında çətinliklərin yaşandığı, itkin düşənlərin ailələrinin DNT analizi üçün nümunələr verdiyi qeyd olunub.
7NEWS.az