Yunanıstanda son 24 saatda 66 meşə yanğını baş verib

OXUNUB: 139 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yunanıstanda meşə yanğınları ilə mübarizə davam edir. Mülki Müdafiə və Yanğınsöndürmə briqadaları tərəfindən verilən açıqlamalarda son 24 saat ərzində ölkə ərazisində 66 yeni yanğın hadisəsinin qeydə alındığı və qrupların sürətli müdaxiləsi nəticəsində yanğınların böyük hissəsinin söndürüldüyü bildirilib. Paytaxt Afinanın qərbində baş verən meşə yanğını üçüncü gündür də davam edir. Rodos adasındakı yanğınla mübarizə davam edərkən, Yunanıstan Mülki Müdafiə Nazirliyi tərəfindən adada 3 bölgədə fövqəladə vəziyyət elan edilib.

7NEWS.az

RƏYLƏR