Yunanıstanda Türkiyədən gələn helikopter qəzaya uğrayıb

OXUNUB: 280 Özəl DÜNYA
Yunanıstandan Türkiyəyə gedən yolda yanacaq doldurmaq üçün Samosda eniş etməyə çalışan şəxsi helikopter uçuş-enmə zolağına çırpılaraq çevrilib. Pilotun və sərnişinlərin vəziyyətinin yaxşı olduğu bildirilir. 

7NEWS.az xəbər verir ki, Yunanıstanın Samos adasında Türkiyəyə gəlmək üçün havaya qalxan və yanacaq doldurmaq üçün dayanan helikopterin qəzaya uğradığı bildirilib. Yunanıstanın dövlət kanalı ERT-dən Protothema.gr xəbər saytının məlumatına görə, Yunanıstanın Paros adasından gələn və Türkiyəyə davam edəcək helikopterdə 5 nəfər olub. Hadisə nəticəsində 5 nəfərin yüngül xəsarət aldığı barədə məlumat paylaşılıb. Bildirilib ki, helikopter eniş zamanı uçuş-enmə zolağına düşüb və tərs çevrilib. Samos hava limanında baş verdiyi bildirilən hadisədə pilot və sərnişinlərin vəziyyətinin yaxşı olduğu bildirilib. Paylaşılan fotolarda helikopterin "Mavi Air” şirkətinə məxsus olduğu görülüb. 

7NEWS.az

RƏYLƏR