Yunanıstanda yanğın 13 gündür davam edir

OXUNUB: 288 Özəl DÜNYA
Yunanıstanda baş verən meşə yanğınları nəticəsində 826 min hektar ərazi külə dönüb. Maritsa bölgəsindəki Dadia meşə sahəsinin üçdə birindən çoxu da məhv edilib.

7NEWS.az xəbər verir ki, Yunanıstanda baş verən meşə yanğınlarını nəzarət altına almaq mümkün olmayıb. Avqustun 19-da başlayan yanğınlarda indiyədək 826 min hektardan çox ərazi məhv olub. Ölkə üzrə 81 yanğınla mübarizə aparılır. Son 24 saat ərzində 47 yeni meşə yanğını baş verib. Bu yanğınların bəziləri yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb. Aleksandrupolidə yanğını nəzarət altına almaq cəhdləri davam edir.

7NEWS.az

RƏYLƏR