Yunanıstanın döyüş təyyarəsi İon dənizinə düşüb

OXUNUB: 217 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Andravida şəhərinin cənubunda dənizə düşən F-4 tipli döyüş təyyarəsində yalnız pilot və köməkçi pilot olub. Baş Qərargahdan verilən açıqlamaya görə, qəza səhər saat 10.30 radələrində F-4 təyyarəsinin təlim uçuşu zamanı baş verib. Qəza yerinin Andarvida bazasından təxminən 40 kilometr aralıda olduğu bildirilir.

7NEWS.az

RƏYLƏR