Zambiyada 500 min illik taxta konstruksiya tapıldı

OXUNUB: 228 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Həftəlik Nature jurnalında dərc olunan məqalədə Zambiyada çay sahilində təxminən 500 min illik ağacın tapıldığı açıqlanıb. Məqalədə ağacdan yarım milyon il əvvəl bina tikintisində istifadə edildiyinə dair tapıntılar yer alırdı. Qeyd edilib ki, tədqiqatçılar tərəfindən əldə edilən tapıntılar "Daş dövrü” insanlarının sığınacaqlara bənzər tikililər inşa edə biləcəyini göstərir. Mütəxəssislər iddia edirlər ki, tarixi kəşf qədim insanların sadə və köçəri həyat sürdüyünə dair inancları dəyişdirə bilər.

7NEWS.az

RƏYLƏR