Zaqatala 20 yaşlı oğlan intihara cəhd edib

OXUNUB: 646 HADİSƏ

Zaqatala 20 yaşlı oğlan intihara cəhd edib.

 

Noyabrın 12-də saat 23.00 radələrində rayonun Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Sultan Ağaməmməd oğlu Ağaməmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.


MRX-dan apa-ya bildirilib ki, Sultan Ağaməmmədovun evdə bilərəkdən müxtəlif adda bir-neçə dərman içdiyi məlum olub. Reanimasiya şöbəsinə yerləşdirilən Sultan Ağaməmmədova lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.
 

Faktla bağlı araşdırma aparılır. 

 

İcmal.Az

RƏYLƏR