Zaqatalada güclü külək evlərin damını uçurdu – VİDEO

OXUNUB: 733 SOSİAL

Güclü külək və leysan Zaqatalada xeyli fəsad törədib. Bəzi kəndlərdə ağaclar aşıb, tövlələrin dam örtüyü uçub. Elektrik enerjisinin verilişində də fasilələr yaranıb.

İcmal.Az Xəzər TV-yə istinadən məlumat verir ki, irigövdəli ağaclar aşıb, tövlələrin dam örtüyü uçub. Güclü külək Zaqatalada xeyli fəsad törədib. Ötən gecə güclü külək və leysan yağışı rayonun 3-cü Tala, Yolayrıc və Muğanlı kəndlərində müəyyən fəsadlara yol açıb. 20-dən çox tövlə və talvarın dam örtüyü uçub, irigövdəli ağaclar aşıb.

Elektrik dirəklərinə və naqillərə də ciddi ziyan dəyib. Nəticədə rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Kənd sakinləri və aidiyyəti qurumlar fəsadların aradan qaldırılmasına başlayıblar. Axşam saatlarında həmin ərazilərə elektrik enerjisinin verilişi tam bərpa edilib.

İcmal.Az

RƏYLƏR