Zaqatalada oğurladığı qızıl-zinət əşyalarını ölkədən çıxarmaq istəyən gənc tutuldu – FOTO

OXUNUB: 638 HADİSƏ

Zaqatalada həmkəndlisinin evindən külli miqdarda qızıl-zinət əşyalarını oğurlayaraq ölkəni tərk etmək istəyən 21 yaşlı oğlan tutulub.

DİN-in mətbuat xidmətindən İcmal.Az-a verilən məlumata görə, oktyabrın 24-də rayonun Aşağı Tala kənd sakini Asif Hacıyev Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək, evindən qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Asif Hacıyevin evindən oğruluq edənin kənd sakini, 1996-cı il təvəllüdlü Elxan Tehran oğlu Canımov olduğu məlum olub. Müəyyən edilib ki, Elxan Canımov evin pəncərəsindən girməklə mənzildən dəyəri 10 min manat olan ümumilikdə 12 ədəd müxtəlif qızıl-zinət əşyasını oğurlayıb.

"İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Elxan Canımov Balakən rayonunun Mazımçay sərhəd keçid məntəqəsini keçmək istəyərkən saxlanılaraq Zaqatala RPŞ-yə gətirilib. Elxan Canımovun  üzərinə baxış zamanı oğurladığı  qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən götürülərək, maddi sübut kimi istintaq verilib. Elxan Canımovun ətrafında aparılan əməliyyat tədbirləri zamanı onun həmin kənddə daha 2 evdən də qızıl-zinət əşyaları oğurlaması müəyyənləşib.

Faktla bağlı  Zaqatala RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb.

 

RƏYLƏR