Zatulin: Rusiya Ermənistandakı proseslərə qarışmayacaq

OXUNUB: 514 DÜNYA

Rusiya Ermənistandakı daxili proseslərə müdaxilə etməyəcək. 

İcmal.Az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin "Qovorit Moskva” nəşrinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Rusiyanın belə bir planı yoxdur və ola bilməz. 

"Rusiya bu vəziyyətdə ancaq müşahidəçi rolunda çıxış edə bilər”, - MDB məsələləri üzrə birinci müavin deyib. 

Qeyd edək ki, artıq 11 gündür Ermənistanda  Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz davam edir. 

Etirazçılar Sarkisyanı səmərəsiz fəaliyyətdə və iqtisadi vəziyyətin pisləşməsində ittiham edir. 

Aprelin 16-da mitinq iştirakçıları parlament binasını ələ keçirməyə çalışır. Baş verən toqquşmalarda onlarla insan yaralanıb. 

Növbəti gün etirazçılar Ermənistanda Məxməri İnqilabın başlandığını elan edib. 

İcmal.Az

RƏYLƏR