Zaur Kamal "Xəzər TV"-dən çıxarılıb? — Özü danışdı

OXUNUB: 1076 ŞOU-BİZNES
Xəzər Media Mərkəzinin 103 və 103.3 FM radio dalğalarının rəhbəri, eyni zamanda "5/5" verilişinin layihə rəhbəri Zaur Kamalın səlahiyyətlərinin əlindən alındığı haqda xəbər yayılıb.

İcmal.az bildirir ki, AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün Zaur Kamalla əlaqə saxlayıb. O, deyilənləri təkzib edub: "Men radioda rəhbər olmamışam, baş redaktor vəzifəsində çalışmışam və indi də işimin başındayam. 5də5 gəldikdə isə o, verilişin illərdir aparıcısıyam, layihə rəhbəri isə Rauf Sübhidir. Yəni, heç bir dəyişiklik yoxdur”.

Qeyd edək ki, xəbəri mediatime.az saytı yayıb.

RƏYLƏR